Linz şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Avstriyanın Yuxarı Avstriya federal torpağının mərkəzi şəhəri olan Linz şəhəri ölkənin əhali sayına görə dördüncü böyük şəhəridir. Linz şəhəri ölkənin şimal qərbində Dunay çayının hər iki sahilində yerləşir. Linz şəhəri dəniz səviyyəsindən 226 metr hündürlükdə yerləşir.

İqlimi mülayim kontinentaldır. Mülayım qarlı qışı və isti günəşli yayı ilə xarakterizə olunur. Ən soyuq ay yanvar ayı və ən isti ay iyul-avqust aylarıdır.

Şəhər ölkənın iri sənaye, nəqliyyat, mədəniyyət və təhsil mərkəzidir. İqtisadiyyatı metallurgiya, kimya, neftkimya, toxuculuq və yeyinti sənayesindən ibarətdir.

0 points