Santa-Fe şəhəri haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

ABŞ ərazisində yerləşən bu şəhər ölkənin cənubunda yerləşən Nyu-Meksika Ştatının mərkəzidir. Santa-Fe şəhəri 2134 m dəniz səviyyəsindən yuxarıda yerləşir və buna görə ABŞ-ın ən yüksəkdə yerləşən paytaxt şəhəridir. Şəhərin içindən Santa-Fe çayı axır. Çayın suyu bütünlüklə təsərrüfatda istifadə olunur.

İqlimi yarımsəhra iqlimi olub yerləşdiyi enliklərə nisbətən qışı soyuq və yayı daha isti keçir. Yağışlar əsasən maydan noyabra qədər düşür. Günlük temperatur fərqi çox böyük olur. İqtisadiyyatı əsasən dövlət müəssisələrindən və turizmdən ibarətdir. Şəhərdən 45 dəqiqəlik məsafədə ilk dəfə atom silahı istehsal olunmuş Los-Alamos milli lobarotoriyası yerləşir.

0 points