Tornado answered
Uzunluğu 937 km olan bu çay Belarusiya, Litva və Rusiya Federasiyasının Kalininqrad Vilayətindən axır. Çay aşağı axarında Rusiya və Litva arasında dövlət sərhəddini təşkil edir. Neman çayı Minsk yüksəkliyindən başlanır və Baltik dənizindəki Kuşin körfəzinə tökülür. Mənsəbdə delta əmələ gətirir.
Neman çayı dördüncü dövr axırıncı buzlaşmadan sonra, eramızdan 25000-22000 il əvvəl yaranmışdır. Litvanın ən böyük, Belarusiyanın isə böyüklüyünə görə üçüncü çayıdır. Neman çayının dərinliyi yuxarı axarında 1 metrdən aşağı axarında 5 metrə qədər artır. 12-15 ildən bir güclü daşqınlar baş verir. Neman çayının 900 kilometri gəmiçilik üçün yararlıdır.