Metallurgiya sənayesi hansı sahələrə ayrılır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Metallurgiya sənayesi iki yerə ayrılır, qara və əlvan metallurgiya.

Qara metallurgiya filizin tərkibindən metalın ayrılması, çuqun, polad və dəmirli birləşmələrin alınması. Qara metallurgiyaya həm də dəmir, çuqun, polad boruların və digər materialların hazırlanmasıda aid edilir.

Əlvan metallurgiyaya əlvan metalların və onların ərintilərinin emalı daxildir.

Fiziki xüsusiyyətlərinə və istifadəsinə görə əlvan metallar şərti olaraq aşağıdakı kimi qruplaşdırılır:

ağır (mis, qurğuşun, sink, qalay, nikel) və yüngül (alüminium, titan, maqnezium) metallar.

0 points