Hansı filiz göl və ya bataqlıq filizi adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yeraltı suların həll etdiyi mineral maddələr əlverişli şəraitə düşdükdə çökürlər. Bu şərait yer altında və ya bulağın səthə şıxdığı yerdə ola bilər. Qonur dəmir filizi bu tip çöküntülərdəndir. Qonur dəmir filizi yataqlarına bəzən bataqlıq və ya göl filizi də deyirlər.

Qonur dəmir filizi yataqlarında filiz layının qalınlığının çox olmamasına baxmayaraq, əgər 10-15sm qalınlığa malikdirsə istismar üçün faydalı sayılır. İstismar edildikdən 15-30 il keçdikdən sonra lay bərpa olunur və yenidən istismar olunur. 

Bulaqların çökməsindən əmələ gəlmiş olan qonur dəmir filizinə  müxtəlif yaşlı layların arasında rast gəlmək olur. Bu o zaman baş verir ki, filiz çökür və onun üzəri başqa çöküntülərlə örtülür. Bu şəraitdə olan filiz adi temperaturda belə hematitə çevrilə bilir. Yüksək trmperatur olduqda isə maqnetitə çevrilə bilir.

0 points