Tornado answered
Marrambici çayı Avstraliyanın Yeni Cənubi Uels ştatında və Avstraliyanın paytaxt ərazisindən axan çaydır. Bu çay başlanğıcını Böyük Suayırıcı dağların Avstraliya Alpları adlanan hissəsindən götürür.
Marrambici çayının uzunluğu 1485 km-ə bərabərdir. Çayın suyundan suvarmada geniş istifadə edilir.
Marrambici çayı bir neçə böyük şəhərdən keçir. Bunlardan Kanberra, Yass, Yorra-Yorra, Xey, Balranald şəhərlərini göstərmək olar. Yeni Cənubi Uels və Viktoriya ştatlarının sərhədində Marrambici çayı Murrey çayına tökülür.
Çayın axınını tənzimləmək məqsədi ilə üzərində su anbarı tikilmişdir.