Makedoniya Respublikası Cənub Şərqi Avropada, Balkan yarımadasında yerləşən dövlət olub paytaxtı Skopye şəhəridir. İndiyə qədər ölkədə tək dövlət dili makedon dili sayılırdı. Bu dil Hind-Avropa dil ailəsinin slavyan qrupunun cənubi slavyan qoluna aid olub, bolqar dili ilə çox yaxın olan bir dildir.
Makedoniyada makedonlardan başqa albanlar, türklər, serblər, rumınlar, qaraçılar və s. xalqlar da yaşayırlar. Makedonlardan sonra ikinci yerdə duran xalq albanlar olub təxminən əhalinin 25%-ni təşkil edirlər. Hazırda parlament ikinci dövlət dili kimi alban dilinin qəbul edilməsinə qərar verdi. Bu qərar etnik alban xalqının dövlət qulluğunda işləməsini asanlaşdıracaq. Yeni ildən alban dilinin ikinci dövlət dili kimi fəaliyyətinə başlanılması planlaşdırılır.