Kanadanın dövlət dili hansıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kanadada rəsmi olaraq iki dövlət dili fəaliyyət göstərir: İngilis və fransız. 1969-cu ilin 7 iyulundan həm ingilis həm də fransız dili rəsmi olaraq, hər iki dil bərabər hüquqa malik olmaqla, parlamentdə, federal məhkəmə və dövlət müəssisələrində işlədilməyə başladı. Bu qərarın qəbul edilməsində əsas tarixi, siyasi və mədəni rol Kvebek əyalətinin fransız dilli əhalisinə məxsusdur. Kanadanın Baş Naziri parlamentdə və ümumxalq tədbirlərində öz çıxışının yarısını ingilis dilində, yarısını isə fransız dilində edir. 

Ölkədə yaşayan 57.8% əhalinin ana dili ingilis dili, 22.1%-nin ana dili isə fransız dili olmasına baxmayaraq 98.5% əhali bu rəsmi dildən heç olmasa birini bilir.

0 points