Tornado answered
Sakit okeanda yerləşən Filippin adalar qrupunun ən böyüyü olan Luzon adası dünya adaları içərisində 15-ci yeri tutur. Adanın sahəsi 109 965 km²-ə bərabərdir. Filippinin ən böyük iki şəhəri olan Manila və Keson bu adada yerləşir.
Ərazisi dağlıqdır. Ən hündür yeri hündürlüyü 2934 metr olan Puloq dağıdır. Adada sönmüş və fəal vulkanlar var. Məşhur punatubo vulkanı ən son 1991-ci ildə püskürmüşdür.
Adanın iqlimi subekvatorial mussondur. Tez-tez tayfunlar olur.