Lomonosov silsiləsi harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Mixail Basilyeviç Lomonosovun şərəfinə Lomonosov silsiləsi adlandırılan bu dağlar Şimal Buzlu okeanda yerləşir. Silsilə Yeni Sibir adalarından başlayaraq Elsimir adalarına qədər uzanır. Silsilənin uzunluğu 1800 km, okean dibindən olan hündürlüyü 3300-3700m arasında dəyişir. 1948-ci ildə aşkar edilib.

Rus tədqiqatçılarının fikrinə görə Lomonosov sualtı dağları kontinental şelfin davamı olub Rusiyanın ərazisinə daxildir. Danimarka tədqiqatçıları isə bu dağların Qrenlandiyanın davamı olduğunu düşünürlər. 1914-cü ildə Kanadanın xarici işlər naziri Con Berd bu ərazinin Kanada üçün mühüm strateji əhəmiyyətə malik ərazi olduğunu və lazım gələrsə hərbi qüvvələrdən də istifadə edə biləcəyini söyləmişdir.

0 points