Lifli bitkilər hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Lifli bitkilərdən ən çox əkilən və istifadə olunan pambıqdır. Dünyada istehsal olunan lifin 50%-dən çoxunu pambıqdan alırlar. Vətəni Hindistan olan pambıq eramızdan 3 min il əvvəl əkilirdi. Hazırda Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında becərilir.

Kətan eramızdal əvvəl 4-5-inci minilliklərdə əkildiyi güman edilir. Hindistanın dağlıq əraziləri Çin, Misir, Zaqafqaziyada əkilmişdir. Hazırda kətan əkinlərinin 60%-dən çoxu MDB ölkələrində Rusiya, Ukraina, Belarusda cəmlənmişdir. Polşa, Hollandiya, Çexiya, Rumıniya və Fransadada kətan əkinləri geniş sahə tutur.

Cut lifindən ən çox kəndir və kisə istehsal olunur. Əsas regionları Hindistan, Banqladeş, Çin Xalq Respublikası, Myanma, Özbəkistan və s.

0 points