Leypsiq şəhəri Almaniya Federativ Respublikasının Saksoniya federal torpağının ərazisində yerləşir. Şəhər Saksoniyanın böyük şəhərlərindən biridir. Leypsiq şəhəri universitetləri və yarmarkaları ilə məşhurdur. Şəhər Orta Almaniyanın iqtisadi, elmi və nəqliyyat mərkəzi sayılır. Leypsiq Universitetinin əsası qoyulduqdan sonra alman kitabnəşriyatı və kitabsatış mərkəzinə çevrildi və bu vəzifəni 1940-cı ilə kimi saxlad.
Leypsiq şəhəri şimali Almaniya ovalığının bir hissəsində olan Leypsiq ovalığında yerləşir. XX əsrdə şəhərin cənubunda açıq üsulla qonur kömur yataqlarınin istismarı başladı və buradakı kömür ehtiyatı istismar olunub qurtardıqda ərazidə rekultivasiya işləri aparılraq su ilə doldurulub əhalinin istirahəti və çimməsi üçün yeni Leypsiq gölü yaratdılar.
İqlimi mülayim dəniz iqlimi olub qış çox da soyuq olmur. Lanin, qış mövsümü hava şox dəyişkən olur. Bir gün +10 dərəcə və yağış yağır səhəri gün -10 dərəcə şaxta olur.