Laxar (vulkan seli) necə yaranır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Laxar İndoneziya dilində “Lahar“ sözündən götürülüb “palçıqlı vulkan seli“ və ya “palçıqlı lava deməkdir“. Yaranmasına səbəb püskürmə zamanı lavaya qar və buzlağın qarışmasıdır.

Vulkan yamacında lava axınının rütubətli torpaq və palçıqla qarışması və püskürmə zamanı kraterdə olan göl suları ilə püskürmə materiallarının qarışması da laxarın yaranmasına səbəb ola bilər. Hərəkəti seldə olduğu kimi ağırlıq qüvvəsinin təsiri ilə baş verir. Böyük daşıyıcı və dağıdıcı gücə malikdir. Axının sürəti saatda 100 km-ə çata bilir.

Kolumbiyada 1985-ci il 13 noyabrda Nevada-Del-Ruis vulkanı püskürən zaman yaranan laxar 20 000 adamın ölümünə səbəb oldu.

0 points