Küləyin fəaliyyəti hansı mərhələlərdən ibarətdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Digər xarici relyef əmələgətirən amillər kimi küləyin relyefdə gördüyü iş dağıdıcı və toplayıcı fəaliyyətdən ibarətdir. Küləyin dağıdıcı fəaliyyəti üfləmə, yonma və aparma prosesləri ilə səciyyələnir. 

Küləyin üfləyici fəaliyyətinə deflyasiya deyilir. Bu proses əsasən quraq iqlim şəraitində daha güclü olur. Burada fiziki aşınma çox güclü olduğundan əmələ gəlmiş aşınma məhsulları külək tərəfindən sovrularaq başqa ərazilərə daşınır. Külək özü ilə aşınma məhsulları apardığı zaman onun dağıdıcı fəaliyyəti dəfələrlə artaraq rast gəldiyi maneələri daha sürətlə yonur (özü ilə apardığı süxur kütlələri və qum qırıntıları bu prosesə kömək edir, belə ki, böyük kütlələr süxurları yonur, kiçik kütlələr isə onları cilalayır).

Rütubətli iqlim şəraitində isə küləyin dağıdıcı fəaliyyəti zəifləyir və bəzən 0-a bərabər olur. Belə ərazilərdə və əsasən dəniz sahili bölgələrdə rütubət olduğundan gətirilən asılı maddələr toplanaraq qum tirələrinin yaranmasına səbəb olur ki, bu da küləyin toplayıcı fəaliyyəti adlanır.

0 points