Kimya sənayesi nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kimya sənayesi karbohidrogenlərdən, mineral və digər xammallardan emal yolu ilə yeni məhsullar istehsal edən sənaye sahəsidir. İlk kimya zavodları sənaye inqilabından sonra kükürd və sulfat turşusu almaq üçün tikilmişdir. 1736-cı ildə Britaniyada (Tuikenem), 1766-cı ildə Fransada (Puan) tikilmişdir. Hal hazırda kimya sənayesi dünya sənayesinin aparıcı sahəsinə çevrilmişdir. Kimya sənayesi aşağıdakı sahələrə ayrılır:

Qeyri-üzvi kimya (ammonyak, soda və kükürdlü birləşmələrin istehsalı)

Üzvi kimya (Akrilonitril, Fenol, Etilen oksidi, Karbamid)

Keramika (Silikat sənayesi)

Neftkimya (Benzin, Etinol, Stirol)

Aqrokimya (Gübrələr, Pestisidlər, İnsektisidlər, Herbisidlər)

Polimerlər kimyası (Polietilen, Batelit, Poliester)

Elastik materiallar kimyası (Reyzin, Neopren, Poliüretan)

Partlayıcı maddələr (Nitroqliserin, Ammonium Nitrat, Nitrozellüloz)

Əczaçılıq kimyası (Dərman maddələri)

Parfümeriya və Kosmetika ( Kumarin, Vanilin, Kamfra)

0 points