Kilimancaro dağı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Afrikanın şərqində, Tanzaniyanın şimal-şərqində yerləşən dağdır. Mənşəyinə görə vulkanik dağ olan Kilimancaro Afrika materikinin ən uca nöqtəsidir. Dağın hündürlüyü 5980 m olub zirvəsi qar və buzla örtülüdür. “Kilimancaro” suaxili dilindən tərcümə etdikdə “Parıldayan dağ” deməkdir. Kilimancaro massivində üç hündür zirvə ucalır: Şira (4006 m), Mavezi (5355 m), Kibo(5890 m).

Dağın ətraf əraziləri bol rütubət aldığına görə sıx məskunlaşıb. Buzlaqların əriməsi ilə qidalanan çay dərələrinin ətrafında qəvə və banan tarlaları uzanır.

0 points