Kəlkətə şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Asiyada, Hindistan Respublikasında Qanq çayının deltasında yerləşən şəhərdir. Şəhər ərazisi əsasən allüvial çöküntülərlə örtülmüşdür. Ərazidə 4-cü dövrün qumlu gilli süxurları geniş yayılmışdır.

Şəhər tropik iqlim qurşağında yerləşir. Yay çox isti və rütubətli, qış isə nisbətən sərin və quraq keçir. Ən isti ay may, ən soyuq ay isə yanvar hesab edilir. Orta illik yağıntı 1781 mm-ə bərabərdir və bunun çox hissəsi yayda düşür.

Qərbi Benqaliya ştatının paytaxtıdır. Şəhər şimal şərqi Hindistanın ən iri iqtisadi və maliyyə paytaxtıdır. Burada Kəlkətə fond birjası yerləşir. Son illərdə informasiya texnologiyaları sahəsində çox böyük inkişaf var. Şəhər həm də böyük sənaye şəhəri kimi məşhurdur: poladəritmə, maşınqayırma, sement və sairə sənaye sahələrinə malikdir. Kəlkətə şəhəri elm, təhsil, mədəniyyət və siyasət sahəsində də qabaqda gedir.

0 points