Paraqvay harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Paraqvay Respublikası Cənubi Amerika materikində yerləşir. Ölkə Boliviya, Argentina və Braziliya ilə sərhəddə malikdir. Quarani dilindən tərcümə etdikdə Paraqvay “böyük çaydan“ deməkdir. Parana çayı ölkəni iki hissəyə şərq və qərb hissəyə ayırır. Ölkənin şərq hissəsi qərbinə nisbətən rütubətli olub sıx meşələrlə örtülüdür.

Parana çayının qolu olan Paraqvay çayı da ölkə üçün böyük əhəmiyyətə malikdir. Çay ölkənin əsas nəqliyyat vasitəsi olub dəniz gəmiləri paytaxt Asunsion şəhərinə qədər gələ bilirlər.

Paraqvayın iqtisadiyyatının əsas hissəsini, gələn gəlirin 95%-ni kənd təsərrüfatı məhsulları gətirir. İxrac olunan məhsulun çoxunu təxminən 70-80%-ni buğda təşkil edir. Bundan başqa qarğıdalı, maniok, çəltik, tütün, qəhvə, pambıq istehsal olunur. Heyvandarlıq, xüsusilə iri buynuzlu mal-qara əsasən qərb rayonlarında olan latifundiyalarda saxlanılır.

0 points