Tornado answered
Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının paytaxtı olan Kazan şəhəri Volqa çayının sol sahilində Kazanka çayının ora töküldüyü yerdə yerləşir.
Kazan Volqa üzərində olan iri port şəhərlərindəndir. Tarixi şəhər olan Kazanın 1000 illiyi 2005-ci ildə keçirildi. Şəhər Rusiya Federasiyasının regionlarda olan ən iri iqtisadi, siyasi, elm, təhsil, mədəniyyət və idman mərkəzlərindən biridir.
Kazan şəhərinin iqlimi mülayim kontinentaldır. Nə çox güclü şaxtalar nə də kəskin istilər müşahidə olunmur. Qar örtüyü ən çox fevralda düşür.
Kazan şəhərində maşınqyırma, kimya, neftayırma, yüngül və yeyinti sənayesi yaxşı inkişaf etmişdir. Şəhər il ərzində milyondan çox turist qəbul edir.