Tornado answered
Litva Respublikasının ikinci böyük şəhəri olan Kaunas şəhəri Kaunas rayonunun mərkəzidir. Kaunasda demək olar ki ancaq litvalılar yaşayır. Əhalinin 93%-ni onlar təşkil edir. İqlimi mülayim kontinental olub dəniz iqliminin xarakterlərinə də malikdir.
Kaunasda tekstil, ərzaq və yeyinti sənayesi inkişaf etmişdir. Kaunasda Litvanın ən böyük SES-i olan Kaunas SES-ı yerləşir. Hal hazırda şəhərdə nəqliyyat, xidmət və turizm sahələri inkişaf etməkdədir. Kaunas həm də ölkənin böyük mədəniyyət mərkəzidir.
Şəhərin görməli yerləri: XIV əsrdə tikilmiş Kaunas sarayı, Vitovt kilsəsi, Kaunasdakı müqəddəs Hartrud katolik kilsəsi, Naməlum əskərin qəbri, hərbi muzey və sairədir.