Milan şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İtaliyanın şimalında Padan ovalığında yerləşən bu gözəl şəhər ölkənin ikinci ən böyük şəhəri və Lambardiya vilayətinin paytaxtıdır.

Milan moda və incəsənət paytaxtı kimi məşhurdur. Milan italyanların və xaricilərin moda nümayişlərinə, sərgilərə, idman tədbirlərinə ev sahibliyi edir. Leonardo Da Vinçinin qiymətsiz əsəri olan “Sirli şam yeməyi” əsəri burada saxlanılır.

Dünyada məşhur olan Duom kilsəsi, Viktor Emmanuil qalereyası burada yerləşir. Milan həm də İtaliyanın iri sənaye mərkəzidir. Burada bir sıra iri banklar və birjalar fəaliyyət göstərir.

0 points