Katmandu şəhəri hansı ölkənin paytaxtıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

2000-ildən çox tarixə malik olan Katmandu şəhəri Nepalın paytaxtıdır. Dağlıq ərazidə yerləşən şəhər 1300 metr hündürlükdəki Katmandu dərəsində salınmışdır. Şəhər XVII-XVIII əsrlərdəki görünüşünü yenə də saxlamaqdadır. Şəhərin Durbar meydanında yaşayan və az yaşlı qızlardan seçilən Kumari adlanan canlı allahları var. 

Katmandu Nepalın tarixi, iqtisadi, mədəni mərkəzidir. Subtropik musson iqliminə malikdir. Yağıntılı dövr yay aylarına düşür. Qış quraq keçir, lakin şaxtalar müşahidə olunur. 

Əlverişli iqlim şəraiti, Tibetdən Hindistana gedən yollar üzərində olması şəhərin mühüm ticarət zonasına çevrilməsinə səbəb oldu. Onlar taxta üzərində oyma işləri, metal tökmə, toxuculuq və keramika ilə işlər görürdülər. Onların ixrac etdiyi məhsullar əsasən əl işlərindən ibarətdir.

0 points