Mərkəzi Amerikada yerləşən bu dəniz Atlantik okeanının dənizidir. Dənizin sahəsi 2 754 000 kv.km, ən dərin yeri 7686m-dir. Karib hövzəsinin ilkin məskunlaşması eramızdan əvvəl 5000-2000-ci illərə təsadüf edir. Avropalıların bura gəlişi XV əsr Xristafor Kolumbun kəşfindən sonra başlandı. Onlar orada yaşayan yerli tayfaları "kannibal", dnizi isə Antil dənizi adlandırırdılar. Karib hövzəsinə ilk ispan köçü o zamanlar Espanola adlandırılan, indiki Haiti adalarına olmuşdur.
Karib hövzəsi Mərkəzi və Cənubi Amerikanın bir hissəsini əhatə edir. Burada passatların təsiri altında olan tropik iqlim hakimdir. Orta aylıq temperatur 23-27 dərəcə arasında dəyişir. Şimal rayonlarında güclü qasırğalar baş verir. İsti hava, gözəl qumlu çimərlikləri Karib hövzəsini dünyanın ən gözəl istirahət yerlərindən birinə çevirmişdir. Region ölkələrinin iqtisadiyyatında əsas yerlərdən birini turizm tutur.