Kardiff şəhəri haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uelsin ən böyük şəhəri və paytaxtı və ayrıca inzibati bölgüyə malik olan şəhəridir. Şəhər cənubi Uelsdə yerləşir və ərazisindən 3 çay keçir. Yatağı düz şəhərin mərkəzindən keçən Taf çayı, Eli çayı şəhərin qərb sərhəddindən, Qalmoqdan dərəsindən keçir, Rimni çayı isə şəhərin şərq hissəsindən keçərək Bristol körfəzinə tökülür. Şəhər qurudulmuş bataqlıqda salınıb.

İqlimi mülayim dəniz iqlimidir. Ancaq Uelsin başqa yerləri ilə müqayisədə Kardifin iqlimi qurudur. Yanvar ayının orta temperaturu 4.5 dərəcə, iyulun orta temperaturu isə 16 dərəcəyə çatır.

XIX əsrdə yenidən qurulmuş Kardif qalası Uelsin fəxri sayılır. Qala orta əsr inşaatçıları və sənətkarlarının bacarıqlarını tərənnüm edir. Hazırda qala teatr göstərişlərinə və tarixi rekonstruksiyaların göstərişinə ev sahibliyi edir.

0 points