Qlazqo hansı ölkənin şəhəridir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Əhalisinin sayına görə Böyük Britaniya Birləşmiş Krallığının 4-cü şəhəri olan Qlazqo şəhəri Şotlandiyanın ən böyük şəhəridir. Qlazqo ölkənin mühüm sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər qədim tikililəri və memarlıq abidələri ilə Avropa mədəniyyətinin paytaxtı hesab oluna bilər. VII əsrin sonunda Qlazqo regionun mühüm dini mərkəzi olmuşdur.

Hazırda şəhər iqtisadiyyatında xidmət sahələriddə çalışanlar üstünlük təşkil edir. Scottish Pover enerji şirkətinin və bir sıra digər şirkətlərin qərargahı burada yerləşir. Şəhərin iqtisadiyyatında turizm əsas yer tutur. Hər il təxminən 4 milyondan çox turist qəbul edir.

0 points