Tornado answered
Əhalisinin sayına görə dünyanın böyük şəhərlərindən sayılan Karaçi şəhəri Pakistan İslam Respublikasındadır. Hind okeanı sahilində olan Karaçi şəhəri ölkənin ən böyük liman şəhəridir. Şəhər həmçinin ölkənin maliyyə, bank, sənaye və ticarət mərkəzi sayılır.
Cənubi Asiyanın və islam dünyasının ən böyük təhsil mərkəzi sayılır. Şəhərdə çox sayda qaçqın var. Qaçqınlar əsasən Hindistan, Əfqanıstan, Banqladeş, Myanma, Şri-Lanka, Uqanda, İran və başqa ölkələrdən gələnlərdir.
Şəhərdə əhali urdu, pəncab, puştu, bəluc, ərəb, fars, benqal dillərində danışırlar. Əsas biznes və xidmət sahələrində ingilis dilindən istifadə olunur.