Kanberra şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kanberra şəhəri Avstraliyanın dəniz sahilində olmayan ən böyük şəhəri və paytaxtıdır. 1913-cü ildən şəhərin tikintisinə başlanılıb. Şəhərin arxitekturasında əsas yer yaşıllıqlara verildiyi üçün avstraliyalılar onu “bush capital” yəni “meşə paytaxtı” adlandırırlar.

Kanberra şəhəri hündürlükləri 500-700 m arasında olan təpəli düzənlikdə yerləşir. Şəhər hər tərəfdən meşə ilə əhatələnib və içərisindən Molonqlo çayı keçir.

Şəhərdə iqtisadiyyatın əsasını tikinti, səhiyyə, ticarət, təhsil və xidmət sahələri təşkil edir. Şəhər əhalisinin 34%-ə qədəri hakimiyyət orqanlarında və hərb sahəsində işləyir. Əhalinin sıxlığı 420-dən çoxdur və əksəriyyəti cavan əhalidir.

0 points