WMAP (ing. Wilkinson Microwave Anisotropy Probe) - Nasanın kosmik aparatı. Böyük partlamanın səbəb olduğu kosmik mikrodalğa arxa plan şüalanmasının öyrənilməsi üçün istifadə edilir.
WMAP bundan 5 il əvvəl kainatın hər yerində olan kosmik mikrodalğa arxa plan şüalanmasında ölçmələr etdi. Bu şüalanmanın kainatın başlanğıcı olan Böyük Partlamadan təqribən 300.000 il sonra ətrafın müəyyən qədər soyuması ilə atom nüvəsinin ətrafdakı sərbəst elektronları tutub atom əmələ gəlib. Beləliklə, enerji hissəcikləri olan fotonlar ilk dəfə hər tərəfə dağılmış olan elektronlara dəymir sərbəst boşluqda getdiyi vaxtda termal şüalanma yaranır. Hal-hazırda kainat çox genişləyib soyuduğu üçün termal şüalanma 2,7 K (təqribən 270 dərəcə selsi) bərabərdir.
WMAP bu temal şüalanmanın içərisində 1 dərəcənin 100.000-də biri qədər çox kiçik istilik fərqinin fərqini tapdı. Bu fərqin araşdırılması kainatın yaşını, tərkibini və gələcəyinə aid dəqiq məlumatlar verdi. Bunlara görə kainatın 13,7 milyard il yaşı olduğu hesablanıb.