İngils dili haranın dövlət dilidir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İngilis dilinin dövlət dili olaraq qəbul edildiyi çox ölkə var ancaq, İngiltərə, Avstraliya, Amerika Birləşmiş Ştatlarının yarısından çoxu bunlar arasında deyillər.

Dövlət dili bir ölkənin məhkəmələrində, parlamentində və dövlət işlərində istifadə edilən hüquqi statusa malik dildir. İngiltərədə, Avstraliyada və Amerika Birləşmiş Ştatlarının yarısından çoxunda bu dil dövlət işlərində istifadə edilir ancaq belə bir xüsusi qanun yoxdur.

Kanada (fransızca və ingiliscə) və Uels ( ules dili və ingiliscə) kimi iki dilli ölkələrdə qanuni olaraq qəbul edilmiş dövlət dilləri vardır. İrlandiyada isə dövlət dili irland dili və ingilis dili olsada. İrland dili demək olarki simvolikdir. İrlandiyada ölkənin 20%-indən azı gündəlik bu dildən istifadə edir.

Ölkədə birdən çox ana dili varsa daha cox alternativ dövlət dili olaraq ingilis dili seçilir. Məsələn, Papua-Yeni Qvineyada 6 milyon əhali 830 fərqli dildə danışır. ABŞ-da ingilis dilinin dövlət dili olaraq qəbul edilməsinə bağlı qanunlar ölkənin 15%-ni təşkil edən hispaniklər (latın) tərəfindən etiraz edilir.

İngilis dilində danışan ancaq dövlət dili eləməyən ölkələrdən biridə Avstraliyadır. Ölkədə çox sayda Yunan, İtalian və Cənub şərqi Asyalı əhali ilə yanaşı Malta dilində danışan 65 min əhali yaşayır. Bundan başqa 150 aborigen dili mövcuddur (18 əsrdə bunun sayı 600-ə qədər idi). 50 il içində 25-indən başqa hamısının yox olma ehtimalı var. Dünyada latıncanı dövlət dili olaraq qəbul edən tək ölkə Vatikandır.

0 points