Hiller gölü haradadır?
Tornado answered
Hiller gölü Avstraliya dövləti ərazisində Reşerş arxipelaqında yerləşir. Göl çəhrayı rəngi ilə diqqəti cəlb edir.
Alimlər uzun müddət araşdırsalarda gölün rənginin sirrini tapa bilməyiblər.
Gölə ancaq hava nəqliyyatından istifadə etməklə getmək mümkündür. XX əsrdə göldə duz istehsalına başladılar və 6 ildən sonra dayandırdılar.
Gölün rənginin çəhrayı rəngdə olmasının səbəbini uzun müddətdir ki, araşdırırlar. Bəziləri buna səbəb olaraq gölün dibində bitən mikro yosunların buraxdığı rəngli maddənin, bəziləri isə orada yaşayan mikroorqanizmlərin rəngindən cəhrayı olduğunu desələr də bunların heç birinin doğru olmadığı öz təsdiqini tapdı və gölün rəngi hələ də sirr olaraq qalır.