Dünyanın ən böyük duzlu gölü hansıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən böyük duzlu gölü Uyuni Cənubi Amerikada Boliviya ərazisində Altiplano səhrasının cənubunda yerləşir. Gölün sahəsi 10 588 km², duz qatının qalınlığı isə 2-8 metr arasında dəyişir.

Yağışlı dövrdə duz gölü nazik su qatı ilə örtülərək güzgülü səth əmələ gətirir. 40 min il bundan əvvəl gölün yerində böyük Minçin gölü olmuşdur. 

Sonralar göl qurumuş və yerində iki şirin sulu Po-Po və Uru-Uru, iki duzlu Salar-de-Koypasa və Uyunini  göl sahələri qalmışdır. Yerli əhali gölün duzundan yeməyə istifadə edir, suvenir düzəldir və hətta ev də tikirlər.

0 points