Həştərxan şəhəri haqqında nə bilirsiniz.

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Həştərxan (Astraxan) adlanan bu şəhər Rusiya Federasiyasının Astraxan vilayətinin mərkəzidir. XIII-XIV əsrlərdə Hacı Tərxan adlandırılan bu şəhər Volqa çayının mənsəbində, Xəzərsahili ovalıqda İpək yolunun üstündə yerləşdiyindən mühüm ticarət mərkəzinə çevrilmişdi.

İqlimi mülayim kontinental olub yağıntının miqdarı çox az və buxarlanmanın miqdarı çoxdur. Avropanın ən quraq ərazisi olaraq illik yağıntının miqdarı 234mm-ə bərabərdir. Mütləq maksimum temperatur +41 dərəcə, mütləq minimum isə -36.6 dərəcə qeydə alınıb.

Həştərxan şəhərinin əhalisi əsasən ruslardan ibarət olsa da çoxmillətlidir. Vaxtilə buranın əsas əhalisi olan tatarlar isə cəmi əhalinin 7%-ni təşkil edir.

Həştərxan liman olaraq da istər Xəzər dənizində, istərsə də Volqa cayında mühüm əhəmiyyət kəsb edir.

Sənayedə əsas yeri yanacaq energetika sənayesi tutur.

0 points