Tornado answered
Yer kürəsi öz oxu ətrafında 360 dərəcəni 24 saata fırlanir. Yer bir saatda qərbdən şərqə doğru 15 dərəcəlik qövsün uzunluğu qədər məsafə qət edir. Yəni yer səthi hər 15 dərəcədən bir bir saat qurşağına ayrılır və başlanğıc olaraq 0 meridianı yəni, Qrinviç meridianı götürülür. Qrinviç meridianı 0-cı və 24-cü saat qurşağının ortasından keçən meridiandır. Bütün meridianlar qütblərdə birləşdiyinə və Antaktida qütbdə olduğuna görə materik bütün saat qurşaqlarında yerləşir.