Tornado answered
Sukeçirməyən laylar arasında toplanan bir və ya bir neçə sulu təbəqə yerləşir. Bu cür suların toplanması üçün sukeçirməyən qatdan əlavə sinklinal çuxurun olması da vacibdir. Qanadlardan mərkəzə doğru hərəkət edən sular mərkəzdə yüksək sıxlığa malik olurlar.
Bu suların səthə çıxması üçün mərkəzdə quyu qazılır, bu zaman kənarlardan olan təzyiq nəticəsində su fəvvarə ilə səthə çıxır. Bu bulaqlar artezian (ilk dəfə XII əsrdə Fransanın Artua əyalətində çıxarıldığı üçün) bulaqları adlanır. Artezian sularının çox böyük təsərrüfat əhəmiyyəti var.