Tornado answered
Gürcüstan Respublikasının Abxaziya muxtar respublikası ərazisində olan Mavi göl Riça gölünün 13 km-də Bzib çayının sahilində yerləşir.
Mavi göl parlaq rəngə malikdir. Hətta ən tutqun havada belə rəngi dəyişmir. Göl qışda buz bağlamır. Ən müammalı cəhət isə orada heç bir canlının yaşamamasıdır. Göldə hətta planktonlar belə yaşamır.
Karst mənşəli olan bu göl əsasən yeraltı çaylarla qidalanır və heç zaman donmur. İnsanlar göl haqqında müxtəlif əfsanələr danışırlar.