"Green card" nə üçündür?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

"Green card"-viza lotoreyası ABŞ-da keçirilir. Bu lotoreyanıudanlara ABŞ dövləti aşağıdakı imtiyazları verir: ABŞ-da yaşamaq, işləmək, oxumaq, gəzmək məqsədi ilə getmək, istənilən qədər qalmaq imkanı, istədiyin zaman ölkənə qayıtmaq imkanı və ölkənin istənilən ştatında yaşamaq imkanı verilir. Kart ömürlük verildiyindən bunların hamısı mümkündür. Bunlardan əlavə aztəminatlı ailələrə kömək göstərilir, müxtəlif miqdarda maliyyə yardımı, pulsuz ərzaq talonları verilir və iş tapmağa köməklik göstərilir.                   

Kredit götürmək imkanı, universitetlərdə pulsuz və güzəştli şərtlərlə təhsil alma imkanları, dil bilməyən immiqrantlara pulsuz dil kursları təşkil edilir. 1990-cı ildən yaranan lotoreyanın məqsədi Birləşmış Ştatlara immiqrantlarının sayı az olan ölkələrdən imiqrant gətirməkdir.

Viza üçün orta məktəb atestatı və 2 illik iş təcrübəsi lazımdır.

0 points