Göy balinanın udabiləcəyi ən böyük ölçü hansıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Göy balınanın boğazı təqribən onun göbək dəliyi qədərdir (kiçik bir yemək boşqabı böyüklüyündə).

Göy balinalar ilin 8 ayı demək olar ki, heç nə yemirlər ancaq yay aylarında daima qidalanırlar. Gündə təqribən 3 ton qida dəbul edirlər. Göy balinanın qidasını əsasən krivetkaya bənzər qidalar təşkil edir.

Göy balina insanı uda bilməz . İnsanı uda biləcək tək balina kaşalotdur və bu balinanın mədəsindəki yuksək turşu içində olan birinin yaşama şansı yoxdur. James Barntley özünü bir kaşalotun udduğunu və 15 saatdan sonra çıxarıldığını desədə bunun ola bilməyəcəyini sübut ediblər.

Göy balınanın boğazından başqa hər yeri böyükdür. İndiyə kimi yaşamış ən böyük heyvandır. Göy balinanın dili bir fildən daha ağırdır, ürəyi maşın ölçüsündədir və mədəsi 1 ton qida qəbul edə bilir.

0 points