Tornado answered
Gətirmə konusları adətən çay dağdan düzənliyə endiyi zaman, axın sürəti azaldığından gətirdiyi ağır asılı maddələri apara bilmədiyi üçün yaranır. Yastılaşmış yarımkonusa bənzəyəyir və zirvə tərəfi çay axdığı istiqamətin əksinə doğru yönəlmiş olur.
Gətirmə konuslarına bəzən müvəqqəti axınların iri çaylarla birləşdiyi yerlərdə və geniş çay dərələrində olan dar dərələrdə də rast gəlinir. Sonralar bu ərazilərdə yaşayış məntəqələri salırlar. Dağdan düzənliyə keçid ərazilərində belə yerlərdə olan yaşayış məntəqələrinə Mərkəzi Asiyada və Qafqazda daha çox rast gəlinir.