Tornado answered
İlk dəfə Hollandiyada Friziya əyalətində yetişdirilən at cinsidir. İnanılırki bu atların əcdadları Avropa Qitəsində tanınan döyüş atları olmuşdur. Bu atlar haqqında ilk məlumata XIII əsrdə rast gəlinir. 1823-cü ildə Karal Vilhelm tərəfindən ("Krallığın qızıl qamçı günü" at yarışmasında I yer tutduğuna görə) Friziya atı qızıl qamçıya layiq görülmüşdür.
Friziya atlarının əsas xüsusiyyətlərindən biri də rənglərinin sadəcə qara olmasıdır.
Hal-hazırda bu atlar ya qoşqu, ya da şou atları kimi istifadə olunur. Zərif və əsilzadə görünüşləri sayəsində hətta bəzi filmlərdə belə bu atlardan istifadə edilir.
