Florensiya şəhəri haqqında nə bilirsiniz?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Şəhərin yaranmasına səbəb eramızdan əvvəl Yuli Sezarın təqaüdə çıxan əsgərlərə Arno çayı vadisində vermiş olduğu məhsuldar torpaqlar olmuşdur. Hazırda İtaliyanın Toskana regionunun paytaxtıdır. Florensiya Donatello, Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli kimi dahi incəsənət adamlarına ilham verən  şəhər olmuşdur.

Florensiyanın Iqlimi mülayim dəniz iqlimi olub yayı isti yağışlı, qışı isə soyuq yağışlı keçir. Arno çayının vadisi boyunca uzanan şəhər İtaliyanın çox turist qəbul edən şəhərlərindən biridir. Şəhər İtaliyanın iqtisadi, mədəni, turistik və sənaye mərkəzlərindən biridir.

0 points