Qədim Petra şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İordaniya ərazisində yerləşən bu tarixi şəhər Nabatilər dövlətinin paytaxtı olmuşdur. Yunan sözü olan petra “daş” deməkdir. Bu ad onların evlərini qayaların içərisini yonub düzəltdiklərinə görə verilmişdir. Həmin daş evlərin qalıqları Musa vadisi və Harun qalasında indi də qalmaqdadır. 

Petra fars körfəzi ilə Aralıq dənizinin arasında olan və ticarət baxımından onları bir-birinə birləşdirən əsas nöqtə idi. O, iki mühüm ticarət yolu üzərində yerləşirdi. Birinci yol Qrmızı dəniz ilə Dəməşq şəhərini ikinci yol isə iran körfəzi ilə aralıq dənizini birləşdirirdi. Bu mövqeyi və yüz illərlə ticarətlə məşğul olmaq şəhərin varlanmasına səbəb oldu.

Hazırda şəhər turistlərin ən çox görmək istədikləri yerlərdən biridir.

0 points