Klivlend şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Flamandlar kermandilli əhali olub əsasən Belçikanın yerli əhalisini təşkil edirlər. Dilinə və mədəniyyətinə görə hollandlarla yaxındılar. Etnik cəhətdən flamandlar qədim alman tayfaları olan franklar, batavlar, saksonlar və frizlərin nəslindəndrilər. Etnik qrup kimi VII-XIX əsrlərdə formalaşmışlar. Flamandların milli simvolu olan bayraq 1162-ci ildə Flandriyanın qrafı Flipp Elzasski dövründə yaradılmışdır. Bu az haşiyəyə alınmış sarı bayrağın üzərində caynaqları və dili qırmızı olan qara şir təsvir edilmişdir. 

Flamandların ənənəvi evləri bir tərəfi yaşayış üçün digər tərəfi isə təsərrüvat işləri üçün yarayan uzun tikilidən ibarətdir. Müxtəlif rənglərlə, adətən sarı, cəhrayı və ağ  rənglə rəngləyirlər, damların xarakterik bəzəyi qu quşunun başıdır. Milli geyimləri hollandların geyiminə oxşayır. Milli xörəkləri: tərəvəz, yarma, toyuq şorbası, sosiska və bayramlarda bişən çörəklərdir. Ailələr çoxuşaqlı olub həm də patriarxaldılar. Uşaqlar yetkinlik yaşına kimi valideynləri ilə yaşayırlar. Qədimdə onlar nazik kətan parça istehsalı, Flaman krujevası və metal emalı ilə məşğul olurdular.

0 points