Fikus harada bitir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tutkimilər fəsiləsinin əncir cinsinə aid olan Fikus ağacının vətəni Hindistanın Assam ştatı və cənubi İndoneziyanın Sumatra və Yava adaları olmuşdur. Fikus kauçuk əmələgətirən ağac olub 30-40m hündürlüyə qədər boy ata bilr. Ağacın kəsilmiş yerindən axan şirədən reyzin istehsal edirlər. Oval və itiuclu eni 10-20sm və uzunluğu 20-30 sm olan yarpaqları növbəli düzülüşə malikdir. Cavan yarpaqlar cəhrayı qəhvə rənginə, yaşlı yarpaqlar isə tünd yaşıl rəngdə olurlar.

Fikusun meyvəsi sarı yaşıl rəngdə, ölçüsü 1 sm və oval formadadır. Hazırda Asiya və Afrikanın tropik qurşağında geniş yayılıb. Hindlilər fikusun gövdəsində olan köklərindən "canlı" körpü düzəldirlər.

Tropiklərdən kənar ərazilərdə Fikus otaq bitkisi kimi əkilir. Qələmə ilə çoxalır. Hər qələmin ucunda bir yarpaq bir tumurcuq olmalıdır. İsti və işıqlı yerdə yaxşı böyüyür. Suya tələbkardır.

0 points