Tornado answered
Ferrarilərdən ibarət olan əyləncə mərkəzi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı olan Abu Dabi şəhərində yerləşir. Yüksək texnologiyalarla təhciz olunmuş bu əyləncə mərkəzində bir çox simulyator turları, əyləncə tranvayları və birçox başqa əyləncələr mövcüddur. 40 milyon dollar büdcəli bu tematik parkın tikintisinə 2007-ci ildə başlanmışdır.
Əyləncə mərkəzinin simvolik tavanı “Benoy” şirkəti tərəfindən qurulmuşdur. Tavanın ölçüsü 200000 kv.m, perimetri isə 2200 metr-dir. Tavanda Ferrarinin uzunluğu 65 metr, eni 48,5 metr olan logotipi vardır. Parkın ərazisi 86000 kv.m-dir. Bura dünyanın ən böyük tematik parkıdır.
Tikintisi 2009-da bitən tematik parkın açılışı isə 4 noyabr 2010-ci ildə olmuşdur.