Dünyada ilk Disneyland harada yaradılıb?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyaca məşhur olan ilk disneylənd tematik parkı ABŞ-ın Kaliforniya Ştatında, Los-Anceles şəhərindən cənubda yerləşən Anahaym Şəhərində yaradılmışdır. Bu ideyanın yaradıcısı Volt Disney olmuşdur. O, uşaqları ilə Parkda olarkən, qızları karuseldə fırlancaqda oturarkən həm uşaqları həm də valideynləri əyləndirə biləcək bir əyləncə mərkəzi yaratmaq xəyalına düşdü və 17 iyul 1955-ci ildə bu xəyalını gerçəkləşdirdi. Parkın açılış mərasiminin aparicısı ABŞ-ın gələcək prezidenti Ronald Reyqan olmuşdur.

Hazırda parkın ərazisi çox genişlənmiş və 200 hektar ərazini əhatə edir. Qonaqları cizgi film qəhramanları qarşılayır və parkda onları müşaiyət edirlər. İndi dünyanın bir çox yerlərində böyük Disney parklar yaradılmışdır. Onlardan ABŞ-ın Florida ştatında olan Disneyvorld parkı, Fransanın Pars şəhərində Avro-Disneyland, Yaponiyada Tokio-Disneyland, Çində Honkonqda Disneylandları göstərmək olar.

0 points