Tornado answered
Şimali Amerika materikinin şərq sahillərində Kanada və ABŞ ərazisində yerləşən körfəzdir. Bu körfəz Atlantik okeanının qərbində yerləşir. Fandi körfəzinin uzunluğu 300km, eni 90km, dərinliyi 214m-ə bərabərdir.
Körfəzdə olan ən böyük liman Sent Con (Kanada) limanıdır. Fandi körfəzi burada dünyanın ən böyük qabarmasının olması ilə fərqlənir. Burada qabarma dalğasının hündürlüyü 18 metrə bərabər olur. 1985-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətində Annapolis Qabarma Elektrik Stansiyası (QÇES) tikilmişdir.
