Etna dünyanın fəal vulkanları sırasına daxil olub Avropada Siciliya adasının şərq sahillərində yerləşir. Vulkan Afrika və Avrasiya litosfer tavalarının arasında yerləşir. Plitələrin hərəkəti nəticəsində Aralıq dənizində bir neçə aktiv vulkan formalaşır. Bunlardan Santorini, Vezuvi, Etna və s. Hazırda bu vulkanik dağın hündürlüyü 3329 metrə bərabərdir.
Etna İtaliyanın ən böyük vulkanıdır. Deyilənlərə görə 200-dən 400-ə qədər yan kraterə malikdir və hər üç aydan bir bunların hansısa lava püskürür. 150 ildən bir baş verən güclü püskürmə böyük dağıntıya səbəb olur. Hazırda dağın yamacı sürətlə məskunlaşmaqdadır.
Vulkan külü və lavanın hesabına buranın torpağı çox məhsuldardır. Burada meyvə, zeytun və üzüm əkilir. Palermo regional hökuməti 1981-ci ildən vulkanın ətrafını qoruq elan etmişdir.