Dünyanın ən sərt iqliminə uyğunlaşaraq yaşayan eskimoslar əsasən şimal qütb dairəsindən şimalda Alyaska, Kanada, Qrelandiya və Asiyanın Uzaq şərq bölgələrində yaşayırlar. Eskimos-Aieut dil ailəsinin eskimos dilində danışan bu xalqların ən yaxın qohumları aleutlardır.
Eskimos sözünün mənası-"çiy yeyən" deməkdir. Eskimoslar yupik və inuit deyə iki qrupa ayrılırlar. Onların yaşadıqları ərazilərdə əkinçiliklə məşğul olmaq mümkün olmadığından onlar əsasən balıqçılıq, ovçuluq və yığıcılıqla məşğul olmuşlar.
İqlo adlanan buzdan düzəldilmiş evlərdə, daş, torpaq və balina sümüyündən düzəldilmişqübbəli evlərdə, balina və ya maral dərisindən hazırlanmış çadırlarda yaşayırlar. Nəqliyyat vasitəsi kimi it qoşulmuş xizəklərdən (müasir dövrdə motorlu xizəklər) və dəridən, yaxud taxtadan hazırlanmış qayıqlardan istifadə edirlər.