Tornado answered
Afrika qitəsinin şərqində, Qırmızı dənizin sahilində yerləşən dövlətdir. Qonşu dövlətləri Efiopiya, Sudan, Cibutidir. Eritreya çoxmillətli dövlətdir. Paytaxtı Asmera şəhəridir. Eritreya kasıb ölkələr siyahısındadır. Əsas ehtiyatları duz və dəniz suyudur. Əhalinin əksəriyyəti, təxminən 80% kənd təsərrüfatında çalışır. Əsas yeri banan, kartof, küncüt, qarğıdalı və s. istehsalı tutur.
Əhalisi tigrinya, tigre, saho və başqa etnik qruplardan formalaşmışdır. Əhalinin çox hissəsi oturaq az bir hissəsi isə köçəri həyat keçirir. Əhalinin yarısı müsəlman-sünni, yarısı isə xristiandır.