Tornado answered
Əsasən Asiyanın Ərəbistan yarımadasında və Şimali Afrikada yaşayan xalqlardır. Ərəblər ərəb dilində danışan xalqlardır. Ərəb dili Sami dil ailəsinə mənsubdur. Bu dil ailəsinə ərəblərdən başqa ahmar dili, ivrit dili, fiqriniya dili, malta dili və s. aiddir. BMT-nin 6 işlək dilindən biri də ərəb dilidir. Ərəb ölkələri Səudiyyə Ərəbistanı, Misir, İraq, Suriya, Əlcəzair, Tunis və sairədir.
Ərəblər əsasən üç qrupa ayrılırlar: Heyvandarlıqla məşğul olan bədəvi ərəblər, əkinçiliklə məşğul olan ərəblər və şəhərdə yaşayan ərəblər. Bir qism ərəblər ilin müəyyən dövrü əkinçiliklə məşğul olub sonra köçəri heyvandarlıqla məşğul olurlar. Aralıq dənizi və Qırmızı dəniz sahilində yaşayan ərəblər balıqçılıqla məşğul olurlar.